Unesco hücumu pislədi

media-hightechnic-468x90

67839UNESCO-nun baş katibi İraqın şimalında yerləşən qədim Hatra şəhərinin (Əl-Hadr) qalıqlarının yerlə bir edilməsini pisləyib.

Yenicag.az anspress-ə istinadən, UNESCO-nun baş katibi və ISESCO-nun rəhbəri Əbdüləziz Usman Əltüveyrcinin İŞİD yaraqlılarının İraqda yerləşən qədim Hatra şəhərini dağıtması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Hatra şəhərinə qarşı həyata keçirilən barbarlıq İŞİD-in ərəb xalqının tarixi irsinə nifrətini bir daha nümayiş etdirir.

1985-ci ildə YUNESKO-nun “Dünya Mədəni İrs Siyahısı”na daxil edilən Hatra arxeoloji parkının dağıdılması barədə İraqın Turizm və Antiklik Nazirliyinin nümayəndəsi məlumat verib. Daha sonra bu informasiya Kürdüstan Demokratik Partiyasının fəalı Səid Mumuzini tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl isə İŞİD yaraqlıları qədim Nimrud şəhərini məhv etmişdilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600