Uşaq böyüdərkən bunlara diqqət edin -TÖVSİYƏ
Sağlam ana-uşaq münasibətləri ananın ruh sağlığı və uşağa qarşı davranışları ilə bağlıdır. Hamiləlik müddətində başlayan ana-uşaq münasibəti doğuşdan sonra fiziki təmas və qidalanma yolu ilə daha da inkişaf edərək ömür boyu davam edəcək bir hala gəlir.
Bir körpənin ilk sevəcəyi və münasibət quracağı insan anasıdır. Ananın uşağını qidalandırması, ona baxması və gələcəyə hazırlaması körpədə gələcəyə inam və güvən yaradır. Körpə həyatı dəyərləndirərkən ilk olaraq anasını nümunə götürür.
Ananın qoxusu, səsi, istiliyi və baxışları uşaqla arasındakı münasibəti gücləndirər. Bu duyğulardan yoxsul böyüyən uşaq böyüdükdə bir çox ruhi problemlər yaşayır.0-3 yaş arası ana-körpə münasibəti uşağın özgüvəni və ruhsal həyatı baxımından çox dəyərlidir.
Hər uşağın bioloji və genetik əsası, zəkası, duyğusal və sosial baxışları digər uşaqlardan hətta bacısından (qardaş) fərqli olur.
Uşaq böyüdərkən bunlara diqqət edin!
Körpəlik dövründə anasına bağlı olan uşaq 4-5 yaşında fərd olmağı kəşf edir və bu dövrdə ananın davranışlarının da dəyişməsi qaçılmazdır.
Bu dövrdə də münasibətin yaxşı davam etməsi üçün analar nələr etməlidir?
Gözünü ilk açdığında sizi görən və sizə güvənən uşağnızın suallarını səbrlə dinləyin və cavabsız qoymayın.
Hörməti qarşılıqlı edin. Uşağınızın otağına girərkən otağın qapısını döyməniz ondan da eyni şeyi tələb etmənizə haqq qazandırır. Uşağınız kiçik olsa belə, onun da özəl həyatına hörmətlə yanaşın.
Yumşaq, ancaq qərarlı bir ana olun. Uşağınıza “yox” dediyinizdə ağlayırsa, sakit, yumşaq, ancaq qərarlı bir şəkildə açıqlama verin.
Atası ilə münasibətinə diqqət edin!
Uşağınızı 9 ay siz bətninizdə gəzdirdiniz , onu siz dünyaya gətirdiniz, uşaq-ata münasibətini yoluna qoymaq və uşağın “ata” anlayışının nə olduğunu qavramasına kömək etməkdə ən böyük məsuliyyət də ananın öhdəsinə düşür.
Xoşbəxt olmayan evliliyin zərəri!
Ana-köpə münasibətinə zərər verəcək başlıca amil xoşbəxt olmayan evlilik və uşağın istənmədiyi halda dünyaya gəlməsidir. Müdafiəsiz halda dünyaya gələn uşaq anası tərəfindən qəbul edilsə də, atanın pis davranışları ana-körpə münasibətinə mənfi təsir edəcək. (ailem.az)