!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarınızı “Çanaqqala” restoranından uzaq tutun – SAXTA “Santa’s Park” ŞƏNLİYİ+FOTOLAR

!Reklam – Yazi

chanaqqalaYeni ilin gəlməsinə sayılı günlər qalıb. Artıq paytaxt sakinləri bayramı necə, harda keçirəcəkləri barədə düşünürlər. Təbii ki, hərə öz büdcəsinə görə hərəkət edəcək. Kimisi Yeni ili evində, kimisi də restoranda qeyd etməli olacaq. Kimisi də sosial şəbəkələrdə münasib qiymətlərə təklif olunan restoranlara biletlər almaqla bayramlarını qeyd etmək niyyətindədirdlər.

Şaxta babamım adından sui-istifadə edərək “Saxta” kampaniyalar həyata keçirənlərlə bağlı 7News.az saytının redaksiyasına durmadan şikayətlər daxil olur. Biz də redaksiya olaraq növbəti şikayətimizin izi ilə getmək qərarına gəldik.

Paytaxtın məşhur restoranlarından olan “Çanaqqala” restoranı Yeni il münasibəti ilə uşaqlar üçün Santa’s Park adlı bayram proqramı hazır edib. 15 AZN-ə satılan biletlərdə qapalı-isti məkanda uşaqlar üçün əyləncəli proqram, çay-şirniyyat süfrəsi, müxtəlif hədiyyələrin nəzərdə tutulduğunu desələr də gedib görənlər sözün hər mənasında şoka düşüblər. Deyirlənləri nəzərə alaraq biz də 15 manata bilet sifariş vermək qərarına gəldik. Zəng etdiyimiz nömrə “yağlı” təkliflərə başımızı “bişirdikdən” sonra bileti hara lazımdısa gətirə biləcəklərini dedilər. Bəli, bilet gəldi və biz də öz növbəmizdə 28 dekabr 2015-ci il tarixdə “Çanaqqala” restoranında Santa’s Park proqramında iştirak üçün təşrif buyurduq. Mənzərə olduqca acınacaqlı idi.Restoranın girişində, açıq, soyuq-şaxtalı havada 20 metrin 10 metrə betonlu bir düzəngahda 1 stol qoyulub. Stolun üstündə 1 manatlıq vaxtı keçmiş mənşəyi bilinməyən şirniyyatlardan ibarət hədiyyəciklər gördük. Nə təşkilatçılar var idi, nə də söz verilən digər məqamlar.

Restoranın rəhbər şəxslərini çağırmaq istədik. Öncə restoran administratorları “Santa’s Park” proqramının onlara aid olmadığını, təşkilatçılarla görüşməyin faydası olduğunu dedilər və bizi onlara tərəf yönəltdilər. Təşkilatçılara tərəf getməyimiz isə bizi daha da məyus etdi. Santa’s Park proqramınada adi işçi kimi çalışan gənc oğlan müdiriyyəti çağırmağa getsə də 10 dəqiqə bizi gözlətməli oldu. Sonra “müdir yoxdu, gələndə iradlarınızı deyərəm. Siz ən yaxşısı reklamda olan nömrələrə zəng edin” deyərək bizi “yola verməyə” çalışırdı.

Ən böyük faciə isə reklam lövhəsində olan nömrələri yığdıqdan sonra başladı. Xanımla danışaraq durumu izah etdik, onların cinayət işlətdiklərini, vətəndaşların külli miqdarda vəsaitinin mənimsənildiyini, istehlakçı hüquqlarının pozulduğunu dedik. Lakin 10 dəqiqə danışığımızın sonunda aldığımız cavab isə bütün araşdırmamıza son nöqtəni qoydu: Bu mənim problemim deyil, məni yığmayın!

Yenidən restoran rəhbərliyinə müraciət etdik, Santa’s Park proqramı çərçivəsində bilet satan təşkilatçılar məhz “Çanaqqala” restoranının adını çəkiblər. İnsanlar məhz Sizi deyib bura gəliblər. Siz bu işdə, bu cinayətdə birbaşa rola maliksiniz. Administratorun isə sadəcə “Düz deyirsiniz, təəssüf edirik” deməsi vəziyyəti tam olaraq aydınlatmış oldu

Qeyd: “Santa’s Park” proqramının reklamında göstərilən nömrələrə zənglərimiz də təbii ki, qeydə alınıb. Texniki cəhətdən tam hazır etdikdən sonra ŞOK SƏS YAZISINI DA təqdim edəcəyik. Ümidvarıq ki, lazımi orqanlar məsələ ilə bağlı hüquqi tədbirlər görəcəklər.

Yenicag.az

 

www.yenicag.az

1473
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv