“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı

media-hightechnic-468x90

Tanınmış aktyor, “Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu 79 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.

Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.

Xatırladaq ki, Qorxmaz Atakişiyev “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını canlandırıb.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600