Baş rollarında Bergüzar Korel və Halit Ergençin oynadığı “Vatanım Sensin” serialının yaradıcı heyətinə iki yeni sima da əlavə olunub.
Yenicag.az xəbər verir ki, Türkiyənin sevilən serialı “Vatanım Sensin”in yeni sezonunda məşhur aktyor Ufuk Bayraktar izləyicilərin qarşısına çıxacaq. O, daha əvvəl “Ezel” serialında “Ramiz dayı” obrazının gənclik illərini canlandırmışdı.
Serialın bu sezonku ssenaristi Uygar Şirin olacaq.
Qeyd edək ki, “Vatanım Sensin”in oktyabr ayının sonlarında yenidən ekranlara qayıdacağı bildirilir.
www.yenicag.az