Venesuelada bütün bank əməliyyatlarında dollar əvəzinə avro və yuan kimi valyutalardan istifadə ediləcək.
Yenicag.az xəbər verir ki, bunu İqtisadiyyata cavabdeh dövlət səlahiyyətlisi Tareck El Aissami Venesuelada böhranla mübarizə üçün İqtisadi Təkmilləşdirmə və Yüksəlmə Proqramı çərçivəsində alınan qərarları açıqlayarkən bildirib.
Aissami qeyd edib ki, Venesuelaya qarşı iqtisadi hücumlarda ABŞ dollarından silah kimi istifadə olunur. Bu səbəbdən də ölkədəki bank əməliyyatları artıq avro və yuan kimi valyutalarla aparılacaq.
Venesuelalı diplomat həmçinin ABŞ tərəfindən ölkəyə tətbiq olunan maliyyə sanksiyalarının beynəlxalq hüquqa zidd olduğunu və hökumətin buna təslim olmayacağını söyləyib.
ABŞ-ı ikili oynamaqda günahlandıran Aissami bir tərəfdən sanksiya tətbiq edən ölkənin digər tərəfdən iqtisadi yardımlardan danışmasının düzgün addım olmadığını vurğulayıb.
Sözügedən prosesi tezləşdirmək üçün bazara qısa zamanda 2 milyon avro köçürüləcəyi bildirilib.
Həşim Səhrablı
www.yenicag.az