Vüqar ZİFƏROĞLU: Dünyanın sonu..? Özünüzə gəlin!

media-hightechnic-468x90

Böyükdən kiçiyə – hamı 21 dekabra hazırlaşır.

Bütün gündəm bu təqvim günü ilə bağlıdır. Dünya dəyib bir-birinə. Adamlar var ki, iri məbləğdə banklardan kreditlər götürürlər ki, “son günlərini” ürəkləri istədikləri kimi başa vursunlar. Vallah, mənim yazığım gəlir belə insanlara. Bu qədər də cahil, bu qədər də elmsiz, bu qədər də kor olmaq olarmı? Tibetdə bir “kahin” gecə yuxuda nə görübsə, səhər durub və açıqlama verib ki, bəs nə bilim dünya beş gün qaranlığa qərq olacaq, buna görə də tədarük görün. Şam alın, su yığın, ərzaq ehtiyatı görün, nə bilim kəndlərə gedin və s. və i.a. Bizim ağıllılar da hücum ediblər mağazalara başlayıblar şam yığmağa evlərinə.

Ay millət! Özünüzə gəlin. Belə bir şey olmayacaq! Heç bir qaranlıq çökməyəcək. Birincisi, bu “0 xətti” nə mənədirsə, heç bunu elm adamları, astrofiziklər belə, bilmirlər. Bu kahin haradan kəşf etdi “0 xəttini”?

İkincisi, adi coğrafiya dərsliyindən bilirik, oxumuşuq ki, Günəşlə Yer planetinin arasına girə biləcək yeganə iri səma cismi Aydır! Bu necə ola bilər ki, Yer elə zülmət qaranlığa qərq olsun ki, hətta əllərimizi belə görməyək? Lap tutaq ki, oldu! O zaman Günəş istiliyinin də qarşısı alınacaq ki, aldığınız şamların və ya tədarük etdiyiniz azuqələrin heç bir xeyri olmayacaq. Çünki o zaman məntiqlə Yer kürəsi təkcə işıqdan yox, istilikdən də məhrum olacaq. Və tempratur kəskin şəkildə soyuyacaq. Hətta o dərəcədə aşağı düşəcək ki, binalar belə buz bağlayıb töküləcəklər!

Üçüncüsü, “planetlərin paradı” deyilən astronomik hadisəyə qeyri-adi don geyindirilməsinin özü bəsit savadsızlıqdan başqa bir şey deyil. Belə paradlar hər onillikdə ən azı bir dəfə baş verir. İndiyədək heç birində də dünya dağılmayıb, gördüyümüz kimi. Hətta adi güntutulması belə (maqnit burulğanı və bu kimi amillərə görə) daha təsirli olur, nəinki bu “qorxunc” parad.
Belə qorxunc hadisələrin heç biri təbii ki, olmayacaq! Dekabrın 21-də hər hansı günəş tutulması ola bilər ki, bu da 5 gün yox, maksimum 5 dəqiqə çəkə bilər. Vəssəlam.

O ki, qaldı axirətlə bağlı deyilənlərə…

Qeybdən yalnız ULU YARADAN xəbər verə bilər! Heç bir bəndə, axirətin nə zaman gələ biləcəyini söyləyə bilməz. Bu gülüncdür.

Belədə ki, bu dünyada hər kəs axirət yolçusudur! Qadir mövlamız hər birimizə dünya və axirət səadəti versin!

“Hər xəbərin qərarlaşdırılmış bir zamanı vardır, siz də onu yaxında biləcəksiniz” (Ənam surəsi, 67-ci ayə)…

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600