WUF13-ün bağlanış mərasimi keçirildi - YENİLƏNDİ/VİDEO

media-hightechnic-468x90
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, bağlanış mərasimində rəsmilər, BMT təmsilçiləri və digər şəxslər iştirak ediblər.
Bağlanış mərasimi bədii proqramla başlayıb, videoçarxlar nümayiş edilib.
Bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ü yüksək səviyyədə keçirdiklərinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib: “Qarabağ və digər ərazilərdə aparılan yenidənqurma işləri, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası həmin ərazilərin sosial həmrəylik, mədəni inkişaf və iqtisadi artım mərkəzlərinə çevrilməsinə xidmət edir”.
O diqqətə çatdırıb ki, bu həftə Bakıda gördüyümüz ən vacib məqamlardan biri əməkdaşlığın yalnız işlək mexanizm deyil, həm də böyük problemlərin həllində effektiv vasitə olmasıdır.
Daha sonra mərasimdə WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev görülən işlərlə bağlı detallı məlumatları iştirakçılarla bölüşüb: “Forum beynəlxalq medianın diqqət mərkəzində olub. 1000-dən çox akkreditə olunmuş media nümayəndəsi WUF13-ü geniş şəkildə işıqlandıraraq dayanıqlı urbanizasiya və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin qlobal miqyasda təşviqinə töhfə verib”.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib: “Bakıda keçirilən Dünya Şəhər Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir. Forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır”.
Daha sonra bağlanış mərasimində müxtəlif ölkələrin nümayəndələri və BMT rəsmilərinin fikirləri dinlənilib.
Bağlanış mərasimində çıxışlardan sonra konsert proqramı keçirilib.
Sonda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ü bağlı elan edib.

***

media-banner_tkm

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirə media nümayəndələri, dövlət və hökumət rəsmiləri, konfrans iştirakçıları qatılıblar.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05