!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti başına gələnləri danışdı: “Üst-başım qan içində idi”  

!Reklam – Yazi

Xalq artisti Yalçın Rzazadə sənət yolunda qarşılaşdığı çətinliklərdən danışıb.

Yenicag.az-a açıqlama verən illərin sənətkarı keçmişi vərəqləyib:

“Sovetlər dönəmində xarici ölkələrlə bərabər, Azərbaycanın bütün bölgələrində konsertlər vermişəm. Yayın qızmar günlərində tarlalarda, taxıl zəmilərində zəhmətkeşlər qarşısında saatlarla oxuyub, onları ruhlandırırdıq. Mal-qaranı tövlədən çıxarıb, yerinə saman səpirdilər, orda konsertlər verirdim. Yadımdadır ki, bir dəfə qızmar günəş altında oxuyanda qəfildən burnumdan qan açıldı. Üst-başım qan içində idi. Yüksək hərarətim ola-ola konsertlər vermişəm. Mən həyatımı xalqıma, sənətimə həsr etmişəm. Bu günə qədər də insanlar məni sevir, sənətimə və şəxsiyyətimə hörmətlə yanaşırlar. Şəxsiyyət olmaq çox çətindir. O demək deyil ki, sənin varın-dövlətin, imarətin, bahalı maşınların var. Adam var hər şeyi var, amma şəxsiyyəti yoxdur. Mən illər boyu bunu qorumuşam. Ona görə də insanlar məni görəndə sənətkar deyir”.

Cəvahir

COP29

www.yenicag.az

3799
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv