Xalq artisti Hacı İsmayılov doğum gününü yarım əsrə yaxın fəaliyyət göstərdiyi sənət ocağında, tamaşaçılar qarşısında qeyd edib.
Yenicag.az xəbər verir ki, “Qəribə, çox qəribə əhvalat” tamaşasında əsas rollardan birini oynayan xalq artisti Hacı İsmayılov ad günündə səhnəyə çıxıb.
Tamaşanı seyr edənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri-direktoru Azərpaşa Nemətov, yubilyarın sənət dostları, sənətsevərlər iştirak edib.
Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub.
Xatırladaq ki, Prezidenti İlham Əliyev yanvarın 21-də sənətkarın “Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.
Doğum günündən fotoları təqdim edirik:
Cəvahir
www.yenicag.az