!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi

!Reklam – Yazi

Nazirlər Kabineti “Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun (bundan sonra – Qanun) 7.3-cü maddəsinə əsasən hazırlanmışdır və xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydasını müəyyən edir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas qaydaları”na və bu Qaydaya uyğun həyata keçirilir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı ifa edilən Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olmalıdır.

Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının bayramlarına, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrə həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən) ifa edilir.

Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərin açılışında, qəbul edən dövlətin Dövlət Himnindən sonra ifa edilir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin və musiqisinin təhrifinə yol verilmir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda ifa edilərkən, səsin təzyiqi (səviyyəsi) müvafiq xarici dövlətin qanunvericiliyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilərkən, sağlamlıq imkanları məhdud olanlar, bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində göstərilən tələblərin həyata keçirilməsi çətin olduğu halda həmin tələblərə riayət etməyə bilərlər.

COP29

www.yenicag.az

743
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv