Xərçəng əlehinə dərman yaradıldı

media-hightechnic-468x90

Antarktidada yerləşən “Akademik Verdanskiy” stansiyasında işləyən Ukrayna alimləri xərçəng əlehinə dərmanın yaradılmasına nail olublar.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.

Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılmışdır.

Qeyd olunur ki, “Melovit” adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600