Xərçəngin düşməni bu qidalardır

media-hightechnic-468x90

73013Meyvə və tərəvəzlər ən qorxulu xəstəliklərin belə qorxulu düşmənidir. Orqanizmi ölümcül xəstəliklərdən qorumaq üçün gün ərzində qida rasionuna mütləq şəkildə tərəvəzlər daxil edilməlidir. Əsrin bəlası hesab edilən xərçəngə qarşı ən təsirli vasitələrdən biri də brokollidir.
Xərçəngin düşməni hesab edilən məhsulları təqdim edir.

Brokoli diabet, ürək xəstəlikləri,təzyiq,xolestrol kimi problemlərlə mübarizə aparır. Belə ki, bir stəkan brokolli gündəlik C vitamini təlabatının 53, A vitamini ehtiyacının 11, fol turşusu ehtiyacının isə 14 faizini qarşılayır. Bu tərəvəzdən daha çox fayda almaq üçün onu buxarda bişirmək məsləhətdir. Maksimum faydalanmaq üçün isə çiy yemək olar.

Böyürtkən – tərkibindəki turşu xərçəng hüceyrələrini öldürür.
Qoz – hər gün bir ovuc qoz ləpəsi tərkibindəki Omega-3 sayəsində xərçgdən qoruyur. Pomidor – prostat xərçəngi ilə mübarizədə son dərəcə faydalıdır. Ağciyər,bağırsaq, mədəaltı vəz, yemək borusu, süd vəzi xərçəngi riskini də əhəmiyyətli dərəcədə azaldır. Alma – gün ərzində azı iki alma yemək nəinki xərçəngdən, bütün problemlərdən qoruyur. Qarpız- A və C vitamini ilə bol olan qarpız xərçəngdən müdafiə edir, bədəni toksiki maddələrdən qoruyur.

Kətan toxumu – bağırsaq xərçəngi ilə mübarizə üçün gündə bir qaşıq istifadəsi məsləhətdir.
Qırmızı turp – ağciyər xərçəngi riskini azaldır.
Gilas- şişlərin yaranması və inkişafına mane olur. Süd vəzi,ağciyər xərçəngində faydalıdır.
Sarımsaq – orqanizmdəki virusların məhvində əvəzsiz rola malikdir. Mədə, bağırsaq,yemək borusu, prostat və dəri xərçəngi riskini azaldır.
Zəncəfil- həm xəstəlikdən, həm də xəstəliyin müalicəsində yaranan əks təsirlərdən qoruyur.
Balıq – Omega-3 ilə zəngin dəniz məhsulu süd vəzi xərçəngi riskini azaldır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600