Dezinformasiyaların artdığı müasir dövrdə yalan xəbərləri üzə çıxaran jurnalistlərə oxucuların güvən dərəcəsi araşdırılıb.
Yenicag.az xəbər verir ki, “Communication Research” adlı elmi jurnalda yayımlanan araşdırma nəticələri gözlənilməz olub.
Belə ki, aparılan araşdırmada 691 nəfərə fərqli iddiaların olduğu müxtəlif mövzuda xəbərlər oxudulub. Daha sonrs isə onlara oxuduqları xəbərlərin saxta və yalan olduğunu üzə çıxaran jurnalistlərin yazıları təqdim edilib. Araşdırmanın ikinci mərhələsində isə yenə fərqli xəbərlər və onların başqa versiyaları oxuculara təqdim edilib. Bu səfər doğru xəbərlərin doğruluğunu göstərən xüsusi işarə qoyulmayıb.
Hər iki halda da oxucuların böyük bir qisminin yalan xəbərləri üzə çıxaran jurnalistlərə güvənmədikləri aşkara çıxıb.
Bunun səbəbi isə “düzəldilən və ya çürüdülən” xəbərlərə insanların şübhə ilə yanaşmasıdır.
www.yenicag.az