Yanukoviç Ukrayna ordusunu necə dağıtdı

media-hightechnic-468x90

kiuiu88uRusiya desantı cəmi bir neçə gün ərzində heç bir ciddi müqavimətə rast gəlmədən Krımı döyüşsüz ələ keçirdi.

Rusiya xüsusi təyinatlıları Krımda Ukrayna ordusuna aid hərbi hissələri, sərhəd məntəqələrini, digər strateji hərbi obyektləri tutdu.

Sual yaranır: bəs Ukrayna ordusu haradadır? O, ölkə ərazilərinin bir hissəsinin Rusiyanın nəzarəti altına keçməsinə niyə müqavimət göstərmədi, yaxud göstərə bilmədi?

Bu sualların cavabları oxucuları dəhşətə sala bilər.

 

Satqınlar üçün “arqumentlər”

Krımın Rusiya “spesnaz”ı tərəfindən yaradılmış yeni oyuncaq hakimiyyəti bildirir ki, Ukrayna ordusunun hissələri bir-birinin ardınca onlara təslim olub. Lakin Ukrayna hakimiyyəti Krımdakı hərbi hissələrdən və gəmilərdən heç birinin silahlarını təhvil verib ruslara təslim olmadığını bildirir.

Ukrayna Hərbi-Dəniz Qüvvələrinin keçmiş komandanı Denis Berezovskidən başqa satqınlıq faktı qeydə alınmayıb. Ehtimal olunur ki, onu pulla ələ alıblar. Ruslar təkcə avtomatlarla yox, şantajla, pulla satın alma, təhdid, dezinformasiya ilə də silahlanıblar. Müharibə müharibədir.

Putin-Yanukoviç planı

İndi problemin daha mühüm aspektinə toxunmaq istərdik. Ukrayna ordusunun aşağı döyüş qabiliyyətinə malik olmasının çox sadə izahı var. Məsələ ondadır ki, indi Rusiyadan Ukraynaya qoşun yeritməyi xahiş edən Viktor Yanukoviç prezident olanda da Kremlin sifarişlərini yerinə yetirirdi. O, Ukrayna ordusunun zəiflədilməsində, dağıdılmasında maraqlı idi.

Ukrayna baş prokurorunun səlahiyyətlərini icra edən Oleq Maxnitski bəyan edib ki, Rusiya hakimiyyəti çoxdandır Ukraynaya hərbi müdaxiləyə hazırlaşırdı. Özü də Ukrayna hakimiyyətinin köməyi ilə.

Keçmiş hakimiyyət Təhlükəsizlik Xidmətində xarici kəşfiyyatın agentlərinə postlar vermişdi. Təhlükəsizlik Xidmətində təkcə xarici ölkə vətəndaşları yox, Rusiya Federal Təhlükəsizlik Xidmətinin və bu ölkənin digər xüsusi xidmətlərinin əməkdaşları işləyirdi.

Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurasının katibi Andrey Parubiy da bunu təsdiq edir. O deyir ki, üç il ərzində Yanukoviç Rusiya ilə birlikdə Ukrayna ordusunun , təhlükəsizlik və güc strukturlarının məhv edilməsini həyata keçirmişdi.

Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın müdafiə sektorunda necə möhkəmləndiyini göstərən bir fakt maraqlı olardı.

Soskovetsin kürəkəni

Dmitri Salamatin… Karaqandada anadan olmuş bu adam Rusiyanın “Russkoe toplivo” QSC-nin kommersiya direktoru olub. Moskvada digər şirkətlərdə işləyib. Ancaq daha mühüm olanı budur ki, D.Salamatin 90-cı illərdə Rusiya baş nazirinin müavini olmuş Oleq Soskovetsin kürəkənidir.

Yada salaq ki, Soskovets Rusiya hökumət evindən içində yarım milyon dollar pul olan qutunun çıxarılması qalmaqalına görə istefaya göndərilmişdi.

Rusiya biznesinin nümayəndəsi və Soskovetsin kürəkəni olan Salamatin 2010-cu ilin iyun ayında Viktor Yanukoviçin fərmanı ilə “Ukrspeseksport” silah ixracı şirkətinin direktoru təyin edilib. Daha sonra 2011-ci il yanvarın 4-də Yanukoviç onu “Ukroboronprom” müdafiə sənayesi konserninin rəhbəri təyin edib. 2012-ci il, fevralın 8-də isə Salamatin müdafiə naziri olub.

Yanukoviçin müdafiə naziri təyin etdiyi Salamatin Ukrayna vətəndaşlığını yalnız 2005-ci ilin dekabrında almışdı! Ukrayna vətəndaşlığına cəmi bir neçə il əvvəl qəbul edilmiş rusiyalı biznesmenin müdafiə naziri təyin edilməsi Yanukoviçin ölkəsinin milli təhlükəsizlik maraqlarını necə tapdaladığını göstərir.

Ona görə də indi təəccüblənmək lazım deyil ki, Ukrayna ordusuna nə oldu. O, Yanukoviç və onun Ukrayna hakimiyyətinin yüksək eşalonlarında yerləşdirilmiş rusiyalı ortaqlarının sayəsində dağıdılıb. Nə satmaq mümkün idisə satılıb. Pullar isə Yanukoviçin və ortaqlarının ciblərinə gedib. Nəticədə Rusiya ordusu Ukraynada müqavimətə rast gəlmədən irəliləyir…

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600