Yer kürəsində orta dərəcədə maqnit qasırğası qeydə alınıb

media-hightechnic-468x90

lkjlkjliuDünən yer kürəsində orta dərəcədə maqnit qasırğası qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov  açıqlamasında deyib ki, bu hadisə Yerin maqnit sahəsinə azacıq təsir edib.

Ciddi təhlükəli vəziyyətin olmadığını deyən N. Cəlilov bildirib ki, maqnit təlatümləri dünən 2 dəfə – səhər saat 6-da və 12-də qeydə alınıb: “Hər bir proses 1 saat davam edib. Bu proses meteohəssas insanlara təsir göstərib. Meteohəssas insanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər bunu daha tez hiss ediblər”.

N. Cəlilov əlavə edib ki, maqnit qasırğası iki səbəbdən ola bilir. Onun sözlərinə görə, Günəşdə güclü alışma və tac dəlikləri yerə tərəf tuşlananda oradan güclü plazma axını ayrılır. O da yerin maqnit sahəsinə gəlib çatanda onu möhkəm silkələyir.

Şöbə müdiri qeyd edib ki, martın 26-da baş verən maqnit təlatümləri maqnit dəliklərində yerə tərəf tuşlanan güclü plazma axını nəticəsində baş verib: “Amma indi Günəşdə tam sakitlikdir. Martın 27-nə maqnit qasırğalarının proqnozu tamamilə sakitdir. Maqnit ləkələri tamamilə normal vəziyyətdədir və deşiklər yoxdur”(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600