Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenin intihara cəhd etməsi ilə bağlı şayiələr yayılıb.
Yenicag.az xəbər verir ki, müğənninin dünən axşam saatlarında evində dərman içərək, intihar etmək istədiyi bildirilib. Yıldız Tilbe Twitter hesabında izahat yazaraq, mətbuatda yayılan xəbərlərə sərt reaksiya verib:
“Haqqımda yanlış xəbərlər yazan qəzetləri və jurnalistləri qınayıram və məsləhət görürəm ki, öz məsləklərini şərəflə yerinə yetirsinlər. Haqqımda yayılan yanlış xəbərlərlə əlaqədar vəkilim hüquqi yollara əl atacaq”.
Tilbe paylaşımını bu sözlərlə yekunlaşdırıb:
“Allah iftiradan qorusun, xəbəriniz tamamilə şərdir”.
www.yenicag.az