“Yiyəsiz qalaraq bu yola düşürlər”

media-hightechnic-468x90

l“Son illər Azərbaycanda radikal dini qruplar, missioner təşkilatları, o cümlədən vəhabilik və nurçuluqla bağlı xeyli işlər görülüb. Statistikaya da baxsaq, görərik ki, təkcə vəhabilik və digər dini təriqətlərin fəaliyyətinin qarşısının alınması ilə bağlı nə qədər maaifləndirici tədbirlər həyata keçirilib”

Bu sözləri Qafqaz şeyxinin qardaşı, millət vəkili Cavanşir Paşazadə  geniş müsahibəsində deyib. Onun sözlərinə görə, Suriyaya ayrı-ayrı, “yiyəsiz qalan” insanlarımız yola düşür:

“Ayrı-ayrı cavan insanlarımız yiyəsiz qalaraq bu cür yollara düşürlər. Bu isə ümumilikdə Azərbaycan dövlətinin və xalqının adına ləkə gətirən hallardır. Suriyada onlara hələlik əlimiz çatmır. Mən bu yaxınlarda Böyük Britaniyada idim, orda mənə dedilər ki, Suriya müxalifətinə azərbaycanlıların da böyük dəstəyi var. Onlar bir azərbaycanlının hərəkətlərini bütövlükdə Azərbaycan dövlətinin adına şamil edirlər”.

Qardaşı, Qafqaz şeyxi Allahşükür Paşazadənin ənənəvi olmayan təriqətlərdən pul alması ilə bağlı xəbərlərə toxunan C.Paşazadə bu söz-söhbətləri böhtan adlandırıb:

“Əgər Şeyx onlardan pul almışdısa, o zaman nə üçün konfrans keçirib vəhabiləri və nurçuları tənqid edirdi, onlarla bağlı bəyanat qəbul edirdi?”(publika.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600