Zaqatalada traktor şagirdi vuraraq öldürdü

media-hightechnic-468x90

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600