“Atam dedi ki, Yaşar Nurinin iki gözəl qızı var, onlardan biri ilə evlən”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zaur Kamal öz verilişində deyib.
Aparıcı uzun illərdən sonra şəxsi həyatı ilə bağlı gizlinlərini bölüşüb. Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Zaur mərhum aktyor Yaşar Nurinin tələbəsi olduğunu bildirib:
“Yaşar Nurinin tələbəsi olmuşam. Yaşar Nuri çox sərt müəllim idi, biz tələbələr ondan çox çəkinirdik. Tələbə olanda atam mənə dedi ki, Yaşar Nurinin iki gözəl qızı var, onlardan biri ilə evlən. Dedim, ata, nə danışırsan, mən Yaşar müəllimin qapısına getməyə qorxaram”.
Verilişdə qonaq olan Yaşar Nurinin qızı Ülkərin aparıcının sözlərinə reaksiyası belə olub:
“Evlənsəydik, pis olmazdı”.
Qeyd edək ki, Zaur Kamal ailəlidir və iki oğul atasıdır. Yaşar Nurinin isə iki qızı var; Ülviyyə ailəli, Ülkər isə subaydır. Ülkər hazırda müğənni kimi fəaliyyət göstərir.
Cəvahir
www.yenicag.az