“Zirə”nin yeni prezidenti bəlli oldu

“Zirə” klubunun yeni prezidentinin adı açıqlanıb.

Yenicag.az xəbər verir ki, klubdaxili iclasdan sonra “Zirə”nin yaradılmasının əsas təşəbbüskarı olan son prezident Orxan Məmmədov fəxri-prezident seçilib.

Klub prezidenti isə buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov olub.

“Zirə”də icraçı direktor vəzifəsini bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.