Ziyafət Əsgərov nəyi ədalətsizlik saydı?
Vaxtilə keçmiş SSRİ-də Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsi böyük ədalətsizlik idi.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.
Z. Əsgərov deyib ki, Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsində Bakının daha böyük rolu olub: “Müharibə dövründə SSRİ-ni 90 faiz neft və yanacaqla Bakı təmin edib. Ancaq elə şəhərlər var ki, onların Böyük Vətən Müharibəsinin uğurla başa çatmasında Bakı ilə müqayisədə çox az rolları olub.
Bununla belə, onlara “Qəhrəman şəhər” statusu verilib.
Ona görə də Bakıya “Qəhrəman şəhər” statusunun verilməməsini böyük ədalətsizlik sayıram”(teleqraf.com).