Heyvanlar üçün kombi çəkilir-Bakıda-Video

media-hightechnic-468x90

83976_res_01Şaxtalı hava şəraiti ilə əlaqədar Bakı zooparkında qışa tədarük görülüb.

Bakı heyvanat parkının işçiləri qışa tədarükü əsasən heyvanların yuvalarına xüsusi diqqət ayırmaqla başlayıblar. Bəzi heyvanların yuvalarına istilik xətləri, bəzilərinə isə kombi çəkilib.

Zooparkın daimi sakinlərindən olan ilanların yuvasında da istilik sistemləri quraşdırılıb. Soyuqdan mühafizə olunan tək sürünənlər deyil, həm də şüşə içərisində saxlanılan bərbəzəkli ekzotik quşlardır.

Zooparkın ən təhlükəli sürünəni olan timsah da unudulmayıb.

Zooloji parkın müdiri Azər Hüseynov deyib ki, heyvanlar üçün bundan da yaxşı şərait yaratmaq mümkündür, sadəcə zooparkın sahəsi buna imkan vermir.

Heyvanların mühafizəsi və soyuqdan qorunması üçün heyvanat parkında təmir işləri aparılır. Xüsusilə sığınacağı olmayan tülkü və porsuqlar üçün hazırda yuvalar tikilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600