Bakının Yasamal rayonunda döyülmə hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, İ.Səfərli küçəsində yerləşən bina evlərinin birinin 1946-ci il təvəllüdlü sakini Kuznetova Klikoviya Mixaylova 91 yaşlı həyat yoldaşı tərəfindən döyülüb.
O, üz və bədən nahiyələrindən ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.
Yenicag.az