Aktrisanın sevgilisi ölü tapıldı
Amerikalı aktrisa, məşhur “Glee” serialının ulduzlarından biri Rebekka Tobinin sevgilisi Matt Bendik Filadelfiyada qaldığı oteldə ölü tapılıb.
Aktrisanın 35 yaşlı sevgilisinin cəsədini xidmətçi aşkar edib. Gecə klublarından birində administrator işləyən Mattın ölüm səbəbi bilinmir.
Onun Filadelfiyaya iş səyahəti üçün yollandığı deyilir.
Qeyd edək ki, ötən il “Glee”nin baş rol ifaçılarından olan aktyor Kori Monteith də otellərin birində ölü tapılmışdı. Onun yüksək dozalı narkotik qəbulundan keçindiyi məlum olmuşdu.