Almaxanımın dayısı İzzət haqqında dediyi söz QARŞIDURMA YARATDI
Müğənni Almaxanım dayısı İzzət Bağırovun ona sənətdə dəstək olmadığını söyləyib. İfaçının “Pərvizə görə” verilişində səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə kəskin qınağa tuş gəlib.
Yenicag.az xəbər verir ki, sənət cameəsinin tanınmış simaları onun bu sözlərinə etiraz ediblər. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yazdığı rəylə Almaxanıma sərt cavab verib:

“Yaşıl Teatrda konsert olanda mən də orada musiqi rəhbəri idim. O vaxt səni böyük tamaşaçı qarşısına məhz İzzət çıxarmışdı. Yəqin ki, bunu unutmamısan”.
Nehru













