Aparıcıların "reytinq oyunu": "Mənə yalan danışdırıb, sonra da deyirlər ki,..."

media-hightechnic-468x90

“Kaş bunu deməzdim, dediyim üçün peşman olduğum məqamlar çox olub”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Qumral Tarix Əliyevin (Tolik) “Səmimi” verilişində qonaq olarkən deyib.

O, “Səsləndirdiyin hansı fikrə görə peşmansan?” sualını cavablandırarkən səmimi etirafları ilə diqqət çəkib.

Müğənni efirdə aparıcıların reytinq xatirinə onu yalan danışmağa vadar etdiklərini bildirib və buna görə sonradan peşmanlıq keçirdiyini gizlətməyib:

“Kaş bunu deməzdim dediyim məqamlar çox olub. Məsələn, istəmədən, sırf veriliş komandasının təkidi ilə suallara şişirdilmiş cavablar vermişəm. Hansı ki, o cavablar həqiqəti əks etdirməyib. Aparıcı ilə dostuqsa, üz-üzə gəliriksə, çalışırıq ki, arada inciklik olmasın, təkidi qəbul edirik. Mənim aylıq qazancım heç 30 min deyil, amma efirdə bunu mənə yalandan dedirtdilər. Müğənnilər efirdə yalandan deyirlər ki, “4 evim var, filan şeyim var”… Bunlar hamısı reytinq xatirinə deyilən sözlərdir.

Mən müəyyən yalan fikirləri səsləndirəndən sonra buna etiraz edəndə, aparıcı məsuliyyəti boynundan atır. Deyir ki, “deməzdin, mən desəm özünü balkondan at, atacaqsan?”. Hətta bu cür hallara görə həyat yoldaşımla da aramda problemlər yaranır”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05