“Aston Martin” avtomobillərini geri çağırır

media-hightechnic-468x90

İngilis lüks avtomobil istehsalçısı “Aston Martin” Çindəki avtomobillərini geri çağırıb. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Çinə idxal etdiyi və hər biri 200 min dollar dəyərində olan 111 ədət 2016-2017-ci il “DB11” model avtomobilini geri çağırıb.

Çinin keyfiyyət müşahidə heyətinin verdiyi məlumata görə, çağırılmanın səbəbi 2016-cı il noyabr və 2017-ci ilin may ayları müddətində buraxılan avtomobillərin təkərində olan problemdir.

Əməliyyat avqustun 1-dən etibarən başlayacaq.

Müşahidə heyəti istehsalçı firmanın qəzalı hissələri pulsuz dəyişdirəcəyini də qeyd edib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600