ATƏT müşahidəçiləri fəaliyyətə başlayıb

media-hightechnic-468x90

indir (3)Dekabrın 21-də Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisə keçiriləcək seçkilərlə əlaqədar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəşiləri fəaliyyətə başlayıblar.

Missiyaya səfir Daan Everst başçılıq edir.

Qonaqlarla görüşdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mirzə-Uluqbek Abdusalamov seçkiyə hazırlıq mərhələləri haqqında məlumat verib. O, seçki qanunvericiliyi sahəsindəki yeniliklər haqqında da danışıb. Bildirib ki, seçkilərin azad, demokratik, şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.

Jurnalistlər üçün keçirilən mətbuat konfransında Daan Everst bildirib ki, missiya seçkilərə qədər siyasi partiyalardan irəli sürülən namizədlərin seçkiqabağı təbliğat kompaniyasını və KİV-nin bu prosesi izləməsini müşahidə edəcək.

Vurğulanıb ki, bundan əlavə, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və dünyanın 35 ölkəsindən gələn müşahidəçilər parlament seçkilərini izləyəcəklər.

Ali Məclisə keçirilən seçkiləri Azərbaycandan dəvət olauan müşahidəçilər də izləyəcəklər.

(gun.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600