!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycan Prezidenti ilə telefonla danışdı

!Reklam – Yazi

İyunun 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev və prezident Şarl Mişel sabah Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçiriləcək Sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəf üçün çox vacib olduğu bildirilib, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi üzərində işin getdiyi qeyd olunub.

Telefon söhbəti zamanı enerji təhlükəsizliyi məsələsinə toxunularaq “Cənub Qaz Dəhlizi” layihəsinin bu işə töhfə verəcəyi vurğulanıb.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha ifadə edərək bildirib ki, Ermənistan rəhbərliyinin daim danışıqlar formatını dəyişdirmək cəhdləri, Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlar verməsi münaqişənin həllinə əngəl törətməklə bərabər, danışıqlar prosesinə də böyük zərbə vurur. Prezident İlham Əliyev bir daha bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Prezident İlham Əliyev və Şarl Mişel regional təhlükəsizlik məsələləri ilə də bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hər iki tərəfin maraqlarına uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv