Ayan hansı qidalardan İMTİNA EDİB: “Məni 24 saat tox tutur”
“Çörək yemirəm və şirniyyatdan imtina etmişəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Qonaqcanlı” verilişində deyib.
Sənətçi arıqlama sirrini açıqlayıb. İllərdir şirin qidalardan və çörəkdən uzaq durduğunu deyən Ayan sağlam həyat tərzi yaşadığını bildirib:
“Çörək yemirəm. Şirin qidalardan ümumiyyətlə uzaq dururam. Şirin nəsə yediyim yadımda deyil. Hətta öz ad günümdə belə tort yemədim. Amma sağlam yaşayıram. Heç kim düşünməsin ki, bədənimə ziyan və əziyyət verirəm. Elə bəlli yeməklər və tərəvəzlər var ki, onlar məni 24 saat tox tutur. Vitaminlərimi də qəbul edirəm, heç bir vitamin itkisi yaşamıram”.
Nehru













