Azərbaycan və Pakistan arasında hərbi protokol imzalanıb

media-hightechnic-468x90

8188bf041b21976f42e786c814f35f93Martın 31-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində Pakistanın mövqeyinin dəyişilməz olduğunu bildirib.

Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əmkdaşlıq planına daxil edilib.

Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600