Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda informasiya təhlükəsizliyi: “Bu hücumlara qarşı etibarlı sistem qurulub”

“Bu məsələdə ölkənin xüsusi xidmət orqanlarının ardıcıl fəaliyyəti də mütləq qeyd olunmalıdır”.

Bu gün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) kimi qeyd olunur. Kompüterlərin ilk kütləvi virusa yoluxma hadisəsinin qeydə alındığı 1988-ci ildən etibarən, bütün dünyada bu gün qeyd edilməkdədir.

Nəticədə o dövrdən başlayaraq, kompüter təhlükəsizliyi və içərisində saxlanılan informasiyanın qorunması məsələsi aktuallıq qazanmağa başladı. YUNESKO-nun Azərbaycanda həyata keçirilən “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramı və onun prioritet sahələrindən biri sayılan “İnformasiya mühafizəsi çərçivəsində görülən işlər də bu sıraya aiddir.

Azərbaycanda informasiya təhlükəsizliyinin hansı səviyyədə təmin olunduğunu Yenicag.az-a dəyərləndirən politoloq İlqar Vəlizadə ölkəmizdə bu istiqamətdə ciddi işlər görüldüyünü bildirib:

“Azərbaycanın informasiya müharibəsi şəriatində yaşadığı heç kəsə sirr deyil və ölkəmiz zaman-zaman işğalçı Ermənistan tərəfindən xaker hücumlarına məruz qalıb.

Lakin son illər Azərbaycanda xaker hücumlarına qarşı effektli sistem qurulub. Bu sistemin qurulmasında beynəxalq təşkilatlar, BMT və digər qurumların rolu kifayət qədər böyük olub.

Bu məsələdə ölkənin xüsusi xidmət orqanlarının ardıcıl fəaliyyəti də mütləq qeyd olunmalıdır. Azərbaycanın qurduğu sistem daim təkminləşir, yeni proqramlar icad olunur və daim yeni mütəxəssislər cəlb edilir.

Ona görə də son 2 ilə yaxın müddətdə elektron sistemlərə qarşı olunan hücumların qarşısını almaq xeyli asanlaşıb”.

İlqar Vəlizadə hesab edir ki, innovativ iqtisadiyyat əsrində Azərbaycanın “Kommersiya sirri haqqında” qanunu informasiyaların qorunması tələblərinə cavab verir:

“Ölkə qanunvericiliyində baş verən dəyişikliklər beynəlxalq standartlara uyğunlaşdırılır. Bu baxımdan sözügedən qanun mövcud tələblərə cavab verir”.

Gülşən Şərif

www.yenicag.az

1384
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100