!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ət idxalı azaldı, istehsal artdı

!Reklam – Yazi

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7,5 min ton ət idxal edilib.

Yenicag.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda ət idxalına çəkilən xərc 15,7 milyon ABŞ dolları təşkil edib.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 718 ton və ya 8,8%, dəyər ifadəsi ilə 1,7 milyon ABŞ dolları, yaxud da 10% azalıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycana 8,2 min ton miqdarında, 17,4 milyon ABŞ dolları dəyərində ət idxal edilib.

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 91,2 min ton ət istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 min ton və ya 2,4% çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal edilib./Trend/

www.yenicag.az

86
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv