!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı müğənni çarəsiz vəziyyətdə: “Dedim, tez həkim çağırın, ölürəm” - VİDEO

!Reklam – Yazi

Bir neçə ay əvvəl infarkt keçirən müğənni Nurlan Əzizbəyli səhhətindən danışıb. Hazırda özünü yaxşı hiss etdiyini deyən müğənni müalicəsini ev şəraitində davam etdirdiyini bildirib.

Yenicag.az-a açıqlama verən müğənni çətin günlərində ona maddi və mənəvi dəstək olan dostlarından da danışıb:

“Yatağa düşdüyüm birinci gün yaxın dostum İzzət Bağırov evimizə gəldi. Mənəvi dəstək olmaqla bərabər maddi köməyini də əsirgəmədi. Onun barəmdə söylədiyi fikirlər məni çox kövrəltdi. Dedi ki, həmişə Nurlan televizorda oxuyanda anama deyirdim ki, mən də onun kimi müğənni olacam. O qaldığım evin şəraitinə baxıb, dedi ki, Nurlan belə şəraitsiz evdə yaşamamalıdır. Mən ağlayan insan deyiləm, heç vaxt da yaşadığım kasıb həyat tərzi ilə gündəmə gəlmək istəməmişəm. İllərdir evim yoxdur, atamın evində yaşayıram, amma bunu bir dəfə də olsun, dilimə gətirməmişəm. Amma dostumun bu sözləri məni çox kövrəltdi. Əslində, illərdir içimdə yığılıb qalan ağrı-acıya ürəyim tab gətirmədi. Həmin günü heç vaxt unutmaram. Əmim Ramiz Əzizbəyliyə baş çəkməyə getmişdik, evə gələndə özümü pis hiss etdim. Yoldaşıma dedim ki, tez, təcili yardım çağır, ölürəm, inanmadı. Elə bildi zarafat edirəm. Məlum oldu ki, infarkt keçirtmişəm”.

Cəvahir
Yenicag.az

COP29

www.yenicag.az

1453
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv