Bu tabutun içinə girənə 300 dollar verirlər – FOTOLAR

ABŞ-da “Six Flags” adlı parkın rəhbərliyi maraqlı ideya ilə çıxış edib.

Yenicag.az xəbər verir ki, park rəhbərliyi tabutun içinə girib, orada 30 saat qalan şəxslərə 300 dollar mükafat verir.

Məqsəd isə insanların dözümlüyünü yoxlamaqdan ibarətdir. Bəziləri bunu işgəncə kimi qəbul etsə də, park rəhbərliyi onların tabutun içində rahat olmaları üçün öz yastıqlarından istifadə etməyə də imkan yaradır.

30 saat tabutun içində yatacaq şəxs səhər saat 6-da duş qəbul edə, telefonunu “zaryadka”ya taxa bilər.

Qeyd edək ki, tabutun içinə girmək üçün ziyarətçinin yaşı 18-dən yuxarı olmalıdır. Bundan başqa iştirakçının sağlamlığında heç bir problem olmalıdır.

COP29