“ChatGPT”nin düşüncə tərzi 2400 illik riyazi məsələ ilə sınandı

media-hightechnic-468x90

Kembric Universitetinin tədqiqatçıları süni zəkanın necə düşündüyünü araşdırmaq üçün “ChatGPT”ni qədim yunan filosofu Platonun 2400 illik “kvadratın sahəsini ikiqat artırmaq” misalı ilə test ediblər.

Yenicag.az xəbər verir ki, araşdırma “International Journal of Mathematical Education in Science and Technology” jurnalında “ChatGPT”nin riyazi biliklərinin mahiyyətinə dair araşdırma” başlığı ilə dərc olunub.

Bu misal bir insana kvadratın sahəsini iki dəfə artırmağın düzgün yolunu öyrətməyi nəzərdə tutur. Riyaziyyat biliyi olmayan biri səhvən kvadratın tərəflərini ikiqat artırmağa çalışa bilər. Halbuki Platonun fikrincə, düzgün istiqamətləndirmə ilə yeni kvadrat ilkin kvadratın diaqonalı üzərində qurulmalıdır.

Tədqiqat zamanı alimlər “ChatGPT”nin bu klassik həlli sadəcə təkrarlamadığını, əksinə, öz hipotezlərini irəli sürərək “öyrənən kimi” davrandığını müşahidə ediblər. Bot əvvəlcə Platon dövründə məlum olmayan cəbrə əsaslanan yanaşma təqdim edib. Bu metodla yalnız təxmini nəticə əldə olunub.

Alimlər “ChatGPT”yə “dəqiq və zərif” cavab verə bilmədiyini bildirdikdə o, alternativ olaraq geometrik yanaşma təklif edib.

Alimlər qeyd ediblər ki, əgər “ChatGPT” yalnız yaddaşdan istifadə etsəydi, klassik həllə – kvadratın diaqonalı üzərində yeni kvadrat qurmaq metoduna  üstünlük verərdi. Lakin görünür, o, özünəməxsus yanaşma formalaşdırıb.

Tədqiqatın nəticələri göstərib ki, “ChatGPT” kimi generativ süni zəka modelləri problemləri həll edərkən həm məlumat bazasından, həm də anlıq təhlildən istifadə edir. Bu da onların insanlara bənzər şəkildə düzgün cavaba çatmaq üçün verilən tapşırıqlardan faydalandığını sübut edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa