Araşdırmalara görə, gicitkən otunun insan orqanizmi üçün olduqca faydalı təsirləri var.
Belə ki, gicitkən yarpağı və toxumu qan dövranını sürətləndirir. Sidik qovucu, sidik yolları xəstəliklərində istifadə olunur. İştah gətiricidir. Cinsi gücü daha da artırır.
Toxumunun mütləq üyüdülərək, bir qaşıq bal və ya bəhməzlə qəbul edilməsi məsləhət bilinir. Şəkər xəstələyinin müalicəsində istifadə olunur. Şişləri aradan qaldırır. Həmçinin həzm sistemini yaxşılaşdırır. İmmuniteti artırır. Qaraciyər və ağciyərdə olan narahatlıqları aradan qaldırar. Təzyiq aşağı olan insanlar üçün məsləhətdir.
Bildirək ki, gicitkən otu ta qədimdən boğaz ağrısında, bəlğəm yumşalmasında istifadə olunur.
www.yenicag.az