“Nigar Arpadarai parkda seçicilərlə görüş keçirirdi. Təsadüfən ordan keçirdim. Yaxınlaşdım, toplaşanlara sual verdim ki, sonuncu dəfə haçan Nigar xanımı görmüşdünüz? Hamı dedi, 4 il əvvəl. Sonra Nigar xanımın Milli Məclisdə uşaq pulu, pensiya, işıq, qaz, su pulu, bahalaşma, avtobus, internet qiymətlərinin kəskin artırılması ilə bağlı heç çıxış etmədiyini xatırlatdım. Xanım deputatın köməkçisi bərk əsəbləşdi”.
Yenıcag.az xəbər verir ki, bunu gənc alim Elyar İslamoğlu bildirib.
“Sözümün davamını deməyə imkan vermirdi. Gedəndə də mənə deyir ki, zəng edərsən, fəaliyyətimizlə tanış edərəm. Mən də ona “Facebook” profilimi verdim ki, fəaliyyətim sizin deputatın fəaliyyətindən qat-qat artıqdır”, – E.İslamoğlu qeyd edib.
www.yenicag.az