Dünya ulduzu yenidən əməliyyat olundu
Dünyanın ən gözəl qadınlarından biri, Hollivudun tanınmış ulduzu, BMT-nin xoşməramlı səfiri olan Ancelina Coli yenidən əməliyyat masasına uzanıb.
39 yaşlı aktrisa bu dəfə yumurtalıqlarını kəsdirib.
İki il öncə aktrisa süd vəzi xərçəngi riskinə görə süd vəzilərini amputasiya etdirməklə sevənlərini şoka salmışdı. Hələ o zaman o yumurtalıqlarını da xəstəlik riskinə bağlı olaraq aldırmağı düşündüyünü elan etmişdi.
Aktrisanın bu yolla xərçəngə tutulmaq riski 50 fazi olub.
Çoxları onu bu addımına görə ittiham edəndə isə o deyirdi: “Mən bundan yaşamaq, sevmək, uşaqlarımın necə böyüdüyünü görmək, nəvələrimlə zaman keçirmək üçün keçdim”.
Yumurtalığın çıxarılması əməliyyatı qadınların hormonal vəziyyətinə təsirsiz ötüşmür. İndi Coli əməliyyatla bağlı hormon müalicəsinə başlayıb.
Üçü doğma, üçü ögey övladı olan 39 yaşlı ulduz bundan sonra ana ola bilməyəcəyini açıqlayıb(ans).