Əfqanistanda daha bir terror: 22 nəfər həyatını itirdi

media-hightechnic-468x90

Əfqanıstanın şimalındakı Tahar vilayətinin Rustak rayonunda parlament seçkiləri mitinqində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, Tahar Qubernatorluğu sözçüsü Məhəmməd Cavad Hicri, verdiyi açıqlamada hücumun namizəd Nazifə Yusufinin seçki mitinqində baş verdiyini bildirib.

Hicri qeyd edib ki, hücumda 22 adam həyatını itirib, daha 36 adam yaralanıb. Ölənlərin üçü polis, biri kəşfiyyat məmurudur.

Hadisə motosikletə yerləşdirilmiş bombanın partladılması nəticəsində baş verib.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri 20 Oktyabrda keçiriləcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600