!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əli Kərimlinin qaragüruh dəstəsi ermənipərəst qətnaməyə görə niyə Amerikaya etiraz etmir?” – YAP-çı deputat

!Reklam – Yazi

“Radikal müxalifətin nümayəndələri bu barədə bir kəlmə də danışmırlar, sosial şəbəkələrdə heç nə yazmırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Şura rəhbərliyinin noyabrın 2-də icazəsiz aksiya keçirməyə yönəlik çağırışlarına münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından millət vəkili Musa Quliyev deyib.

Musa Quliyevin sözlərinə görə, cəmiyyət Milli Şuranın timsalında radikal müxalifətin qarşıdurma yaratmaq cəhdinin baş tutmasına imkan verməyəcək:

“Bunlara müxlifət demək olmaz, onlar destruktiv qüvvələrdir. Özünü radikal müxalifət adlandıran Əli Kərimli və 5-10 nəfər tərəfdarıdır… Müxalifətdə olmaq dövlətçiliyə qarşı çıxmaq anlamına gəlməməlidir. İndiki vəziyyətdə də gərginlik yaratmaq, ara qarışdırmaq, insanları qarşıdurmaya sürükləmək müxalifətçilik deyil, bu, artıq düşmənçilikdir.

Görünür, bunların hədəfi müxalifətdə olmaq deyil, həm də dövləti dağıtmaqdır. Ancaq buna nail omayacaqlar. Digər tərəfdən, bizdə demokratik hüquqi dövlət qurulub və vətəndaşların bütün hüquqları qorunur, tanınır və müdafiə olunur. Sərbəst toplaşmaq azadlığı haqqında qanunumuz var və bu qanuna görə, hər hansı vətəndaş toplusu istədiyi tədbiri keçirə bilər. O şərtlə ki, keçiriləcək aksiya konkret ərazinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılsın.

Bakı Şəhər İcra Hakimiyyəti də onların mitinq və başqa aksiya keçirmələrinə qadağa qoymayıb. Razılıq da verir, gününü də razılaşdırır. Sadəcə, tövsiyə edir ki, aksiya icazə verilən yerdə keçirilsin.

Əgər onlar aksiyanı ictimai təhlükəsizlik qaydalarının pozulmasına şərait yaradan bir yerdə keçirirlərsə, təbii ki, bu, artıq qanuna, dövlətə və xalqa qarşı yönələn hərəkətdir. Onların israrla öz istədikləri ərazidə mitinq keçirmək istəmələri isə birbaşa qarşıdurmaya çağırışıdır. Buna da nə hökumətimiz, nə də xalqımız yol verməyəcək. Əgər keçirməyə cəhd göstərəcəklərsə, bunun bütün məsuliyyəti onların üzərinə düşəcək.

Bizim yerləşdiyimiz yaxın coğrafiyada müxtəlif toqquşmalar baş verir, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib, qardaş Türkiyəyə qarşı təzyiqləri artırırlar.

Ancaq radikal müxalifətin nümayəndələri bu barədə bir kəlmə də danışmırlar, sosial şəbəkələrdə heç nə yazmırlar. Əvəzində isə onlar icazəsiz aksiyaya çağırış edərək, qarşıdurmaya zəmin yaradırlar. O qaragüruh dəstəsi yenə çıxacaq və bəlli şüarlar qışqıracaqlar. Kimə “Azadlıq”, nəyə “Azadlıq”? Azərbaycan öz azadlığını 1991-ci ildə əldə edib. Onlar nədən azad olmaq istəyirlər, bu, anlaşılmır”.

Aqil Bəkir

COP29

www.yenicag.az

1556
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv