Elnur Hüseynov ilk rəsmi məşqini edib

media-hightechnic-468x90

Azerbaijan - ESC 2015 - Elnur Huseynov (© Magnus Ragnvid)Azərbaycanı “Eurovision-2015” mahnı yarışmasında təmsil edəcək Elnur Hüseynov müsabiqənin səhnəsində rəsmi məşq edib. Məşqdən əvvəl E. Hüseynov xoreoqraflar, rəqqaslar və bek-vokalçılardan ibarət olan beynəlmilləl komanda ilə çalışıb.

Səhnədə Elnurla birlikdə iki rəqqas olacaq – “So You Think You Can Dance” şousunun İngilis versiyasının qalibi, kanadalı Lukas MakFarlayn və fransalı Culiya Spaysser.

Çıxışın quruluşçu rejissoru Ambra Sassi olub. Ssenariyə əsasən rəqs edən kişi və qadın səhnədə “Hour of the Wolf” mahnısının hekayəsini danışırlar.

Təşkilatçılar bildiriblər ki, Elnurun səhnə nömrəsində qəliz dekorasiyalar, bahalı speseffektlər və ya qeyri-adi kostyumlar yoxdur. Bütün diqqət Elnurun səsini, xoreoqrafiyanı, artistin emosiyalarını tamaşaçıya çatdırmaq üçün kamera ilə işə cəmləşdirilib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600