Elnurdan Allahverdi Bağırovla bağlı PAYLAŞIM: “Ölümün içindən həyat çıxaran insan”
“Xilas etdiyi hər can, onun əbədi yaşayan izidir”.
Bu sözləri tanınmış xanəndə, Əməkdar artist Elnur Zeynalov Milli Qəhrəman Allahverdi Bağırovla bağlı paylaşımında vurğulayıb.
Yenicag.az xəbər verir ki, həmkarı, xanəndə Güllü Muradova ilə birgə Milli Qəhrəmanın məzarını ziyarət edən sənətçi təəssüratlarını belə ifadə edib:
“Allahverdi Bağırov bu ad sadəcə bir şəxsin adı deyil, insanlığın ən uca məqamına yüksəlmiş bir vicdanın adıdır. O, ölümün içindən həyat çıxaran nadir insanlardan idi. Ən qaranlıq anlarda belə ümid olmağı bacardı. Xilas etdiyi hər can, onun əbədi yaşayan izidir. Zaman keçir, amma belə adlar unudulmur çünki onlar tarixdən çox, yaddaşlara yazılır. Ruhun qarşısında dərin ehtiramla baş əyirik”.
Xatırladaq ki, Milli Qəhrəman Allahverdi Bağırov 1992-ci il iyunun 14-də minaya düşərək şəhid olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.

Cəvahir













