Elza Seyidcahan və Şəhriyar Del Gerani söz savaşına çıxdı-Video
Əməkdar artist Elza Seyidcahanla gənc şair Şəhriyar Del Gerani arasında qalmaqal.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, adıçəkilən şəxslər bu gün “Günə Baxan”ın qonağı olublar. Verilişdə əsas müzakirə mövzusu isə şeirlər və şairlər olub.
İki tanınmış sima arasında qalmaqala səbəb isə gənc şairin müğənninin şeirləri haqqında səsləndirdiyi sözlər olub. Belə ki, Ş.Geraninin E.Seyidcahanı “nadan”lıqda ittiham etməsi müğənnini özündən çıxarıb.
Aranı sakitləşdirmək üçün Elgiz müdaxilə edib. Daha sonra gənc şairdən son şeirlərindən birini səsləndirmək xahiş edilib. Lakin o bundan imtina edib və başqa verilişlərdə şeirini oxuyacağını deyib.