!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən ağır sözlər: “Qələt edir...”- Fuad Poladova görə aktyora xəbərdarlıq olub?

!Reklam – Yazi

Mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə, “Şah Qacar” tamaşasından sonra təzimə çıxan aktyorlardan birinin Fuad Poladovu xatırlamasının qalmaqala səbəb olduğu deyilir. Teatr rəhbərliyinin aktyora xüsusi xəbərdarlıq etməsi bildirilir.

Yeniçag.az-ın əldə etdiyi məlumata görə, mərhum aktyoru yad edən əməkdar artist Ayşad Məmmədov olub. “Şah Qacar”da Axund Hacı Babək rolunda çıxış edən aktyor saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Fuad Poladov Azərpaşa Nemətovla yaxın dost olub, o necə buna etiraz edə bilərdi? Yalan söhbətdir. Bunu deyən qələt edir. Mən tamaşadan sonra Fuad Poladovun xatirəsini bir dəqiqə sükutla yad edilməsini xahiş etdim. Hər kəs də onun xatirəsinə hörmətlə yanaşdı”.

Qacar rolunda çıxış edən Akademik Milli Dram Teatrının aktyoru Abbas Qəhrəmanov da saytımıza açıqlamasında bunu təkzib edib:

“Heç bir etirazın şahidi olmadım. Ayşad Məmmədov təklif etdi, hər kəs hörmətlə yanaşdı”.

Qeyd edək ki, xəbəri Kulis.az yayıb.

Cəvahir

COP29

www.yenicag.az

5343
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv