Emin “Yaşıl Teatr”da konsert verdi – Fotolar

media-hightechnic-468x90

iDünən müğənni-bəstəkar Eminin “Yaşıl Teatr”da daha bir konserti baş tutub.

Səhnəyə atəşfəşanlıqla çıxan ifaçı ilk olaraq mahnılarından ibarət papuri səsləndirib. Daha sonra Emin qonaqları salamlayıb:

“Bakını çox sevirəm. Bu gecəyə xüsusi hazırlaşmışam. Həm oxuyacağıq, həm də rəqs edəcəyik. Burada olmaq çox xoşdur. Azərbaycandakı konsertlərimin mənim üçün xüsusi yeri var”.

Müğənnini dinləməyə gələnlər arasında SSRİ xalq artisti, bəstəkar, mərhum Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavska da olub. Emin T. Sinyavskayaya təşəkkür edərək M.Maqomayevin repertuarından “O more-more” mahnısını səsləndirib.

Gecədə müğənni tamaşaçılarla səmimi söhbəti, davranışı ilə də yadda qalıb. İki dəfə tamaşaçıların yanına enən məşhur onlarla şəkillər də çəkdirib.

Qeyd edək ki, bu Eminin “Yaşıl Teatr”dakı sayca altıncı konserti olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600