“Eurovision-2015” başladı-Foto

media-hightechnic-468x90

91043Avstriyanın paytaxtı Vyanada “Eurovision-2015” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib. Tarixi Rathaus meydanında təşkil olunan mərasim “Eurovision-2014”-ün qalibi Avstriya nümayəndəsi Konçita Vurst tərəfindən açılıb. Sonra müsabiqəyə qatılacaq ölkələrin nümayəndələri qırmızı xalça üzərinə çıxıb.

media-banner_tuq

Azərbaycan nümayəndəsi Elnur Hüseynov “Anadolu” Agentliyinin müxbirinə Vyanada çox gözəl bir mühit olduğunu ifadə edərək, birinci olacağına inandığını söyləyib.

Böyük final mayın 23-də olacaq.

Xatırladaq ki, Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.

Danimarkanın paytaxtı Kopenhagendə mayın 16-da keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.

“Eurovision-2015” mahnı müsabiqəsinin ilk yarım finalı mayın 19-da, ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq.

Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, Çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, Çernoqoriya, Norveç, Serbiya, Kipr, San Marino, Latviya, Moldova və Rumıniya.

Avstraliyanın ilk dəfə qatıldığı müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.

Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı.
Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışmalarda da iştirak etməyib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05