“Eurovision” iştirakçılarından Elnur barədə-Açıqlama

media-hightechnic-468x90

img1823921Avropa mətbuatı, müsabiqə pərəstişkarları və başqa iştirakçılar “Eurovision” təmsilçimiz Elnurun finaldakı çıxışını qiymətləndirib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Eurovision”a həsr olunmuş aparıcı informasiya portalın yaradıcısı Vilyam Li Adams Azərbaycan komandasının yaratdığı şoudan təsirlənib:

“Azərbaycanın performansı füsunkar idi və başqa ölkələrin çıxışından çox fərqlənirdi. Elnurun çıxışı mistik və sehrli idi, fərqli stillərin miksini təşkil edən xoreoqrafiyası isə xüsusi diqqətə layiq idi”, – deyə o, bildirib.

Müsabiqənin başqa iştirakçiları Elnurun səsi və səhnə şousu barədə rəy bildiriblər.

Latviya təmsilçisi Aminata təmsiçimiz barədə açıqlama verib:

“Elnur – istedadlı və güclü vokalçıdır. Biz Riqada keçirilən promo-konsertdə tanış olduq. Artıq onda mən onun mahnısını bu ilin ən yaxşı kompozisiyası kimi qiymətləndirdim və yanılmadım. Elnurun “Eurovision” səhnəsindəki çıxışı çox gözəl idi”.

Avstraliya nümayəndəsi və bu ölkənin pop-müsiqisinin super-ulduzu Qay Sebastyan isə həm Elnurun səhnədə nümayiş etdiyi güclü opera vokalına, həm də ki perfomansına heyran olduğunu açıqlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600