“Facebook”u silin, gərginliyi azaldın!

media-hightechnic-468x90

Avstraliya psixoloqları tədqiqat keçirərək aydınlaşdırıblar ki, sosial şəbəkələrdən imtina gərginliyi aşağı salır və rahatlığın təminatını artırır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, avstraliyalıların sınağında sosial şəbəkələrin 138 aktiv istifadəçisi iştirak edib. Bu barədə “The Journal of Social Psychology” məlumat yayıb.

Tədqiqat iştirakçılarının yaşı 18-40 arası idi. Onlardan stress reaksiyasının inkişafında iştirak edən kortizol hormonunun miqdarını ölçmək üçün qan analizi götürülüb.

Sınanılanların bir qrupuna 5 gün “Facebook”a girməmək təklif edilib, digərlərinə isə adət edilmiş rejimdə sosial şəbəkələrdən istifadə etmək tapşırılıb.

Nəticədə, sosial şəbəkələrdə ünsiyyətdən imtina edənlərdə 5 gün sonra stress hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, rahatlıq hissi də artıb.

Zaur H.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05